“Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı 100-dən çoxdur”.
FED.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.
Eləcə də bax: Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdir? - SİYAHI, MARAQLI FAKTLAR
O bildirib ki, yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir: “Nəzarət markası tətbiq edilən dini ədəbiyyatların satışı isə yalnız ixtisaslaşmış satış məntəqələrində həyata keçirilir”.
N.Məmmədov qeyd edib ki, Azərbaycanda 42 ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir: "Bu gün Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı isə 100-dən çoxdur və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxaran amillərdən biridir".
Apa