"Status Group Co" MMC və "Status Supply and Trade” MMC-nin nizamnamə kapitalı 2 dəfə azaldılır.
FED.az xəbər verir ki, hər iki MMC-nin nizamnamə kapitalı 20 manat məbləğindən 10 manat məbləğinədək azaldıldığını elan edir.
Qeyd edək ki, "Status Group Co" MMC 2022-ci ilin iyulun 7-də dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məmmədov Davud Vaqif oğludur.
"Status Supply and Trade” 2023-cü ilin avqust 30-da dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Ağayev Bəşir Nəmrud oğludur.
Hər iki şirkətin hüquqi ünvanı AZ1134, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 121A, m. 26 ünvanıdır.