Göyçay şəhərində fəaliyyət göstərən bir neçə şirkət ləğv edilib.
FED.az xəbər verir ki, ləğv olunan şirkətlər “Çinar Topdansatış” MMC , “Çinar Ticarət-M” MMC , “Çinar Ticarət” MMC, “Çinar-08” MMC və “Çinar-09” MMC-dir.
Kreditorlar iki ay ərzində tələblərini Göyçay şəhəri, Mi̇kayıl Müşvi̇q küçəsi, ev 12, AZ 2300 ünvanına bildirə bilərlər.
Bildirək ki, bütün şirkətlər 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Quliyev Əli Qarakişi oğludur.













