Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur.
FED.az xəbər verir ki, ləğv olunan şirkətlər "Alyans-3A" MMC, "Atlas" MMC, "Atlas Konsaltinq" MMC, "Attas PR" Firmasıdır.
Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 84, mənzil 40 ünvanına, "Atlas Konsaltinq" MMC üzrə Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 21, mənzil 33 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bütün şirkətlərin qanuni təmsilçisi Anar Babayev Teymuroviçdir.