Bakıda eyni şəxsə məxsus 3 şirkət ləğv edilir.
FED.az xəbər verir ki, bu şirkətlər “Floorella” MMC, “Silver-ST” MMC və “Mercury İnt” MMC-dir.
Keditorlar hər üç şirkət üzrə iki ay ərzində tələblərini AZ1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, 28 May küçəsi̇ (Lökbatan), ev 32, mənzil 35 ünvanına bildirə bilərlər.
Məlumat üçün qeyd edək ki, "Florella" MMC (VÖEN: 1100945531) 06.08.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
"Silver St" MMC (VÖEN: 1100569441) 08.12.2010-cu ildə dövlət qeydiyyatlna alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
"Mercury İnt" (VÖEN: 1100727561) şirkəti isə 12.12.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manatdır.
Hər üç şirkətin qanuni təmsilçisi Vaqif Əliyev Mirzə oğludur.