2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3845,2 manat, qeyri neft-qaz sektorunda 949,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 954,7 manat, özəl müəssisələrdə isə 1054,0 manat olub.
Bundan başqa qurumun açıqladığı rəqəmlərə əsasən ən yüksək orta aylıq əmək haqqı 3 min 702 manat olmaqla mədən çıxarma sənayesində, 2 min 878,2 min manat olmaqla maliyyə və sığrota fəaliyyətində müşahidə edilir.
Ən aşağı göstərici isə 518,8 manat göstərici ilə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində olub.