Azərbaycanda ən çox istifadə edilən çay markaları məlum olub.
FED,az xəbər verir ki, Business Insight şirkəti «Evlərdə istehlak edilən qara dəmləmə çay markaları» adı altında Bakı şəhəri daxil Azərbaycanın 14 regionunda 05.04.2020 tarixində sorğu keçirib.
Sorğu 1 gün ərində 1100 ailə təsərrüfatını əhatə edib.
Sorğu nəticəsində məlum olub ki, BETA Azərbaycanda ən populyar çay markasıdır.
Beləki, sorğu zamanı ev təsərrüfatlarının 41.1%-də «BETA», 27.7%-də «Berqa» və 27%-də isə «Azərçay» markalı qara dəmləməli çaylara rast gəlinib.
Ümumiyyətlə isə araşdırma vaxtı evlərdə 49 adda çay markası qeydə alınıb. Azərbaycanın Çay markalarından istifadə xəritəsi isə hesabatda təqdim olunur.