Biznes

Azərbaycanda daş karxanalarının əksəriyyəti - BAĞLANACAQ

Azərbaycanda daş karxanalarının əksəriyyəti - BAĞLANACAQ | FED.az
19:24 25 Avq 2020

Yaxın gələcəkdə Azərbaycanda daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandıracaq.

Eləcə də bax: Azərbaycan şirkəti Rusiyanın sifarişi ilə yeni məhsul - İSTEHSALINA BAŞLAYIB

FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Facebook”da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib. 

O qeyd edib ki, daş karxanaları ətraf mühitə ziyan vurur və əhali tərəfindən bu baxımdan xeyli şikayətlər alırlar. Lakin son illər bu karxanaların sayı əhəmiyyətli dərəcədə azalıb: “3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. Hazırda bu say 300-ə enib. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat civarındadır. Artıq 15 milyon 600 min manat ziyan Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Ödəməyən karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, işlərinə prokurorluqda baxılır. Yaxın vaxtlarda həmin karxanaların ödənişi məcburi ödənilməsi ilə bağlı qərar çıxarılacaq. Çox böyük ehtimalla, yaxın gələcəkdə karxanaların əksəriyyəti fəaliyyətini dayandıracaq”. 

“Qafqazinfo”

H. Əlizadə bildirib ki, hazırda bu karxanaların hamısını bağlamaq mümkün deyil. Çünki bu karxanaların fəaliyyətini dayandırmaq böyük faciəyə səbəb ola bilər, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Qanunauyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər

Banner