İki şirkət “PMD Group”a qoşulur.
Eləcə də bax: Şirkət elan verdi - “PMD Group”a Qoşulur
FED.az Banker.az-a istinadən xəbər verir ki, “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
“Amal Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Amal Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, bundan əvvəl “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “P.M.D.” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan etmişdir.
Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.