Azərbaycanda daha bir bank olmayan kredit təşkilatı yaradılıb.
FED.az xəbər verir ki, yeni BOKT-un adı “Mojo AZ Bank Olmayan Kredit Təşkilati” MMC-dir.
“Mojo AZ BOKT” MMC 20.11.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 000 manadır.
BOKT-un qanuni təmsilçisi Ruslan Köçərli Zaməddin oğludur.
Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, ev 58, m. 19 ünvanında yerləşir.