Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, iyul-sentyabır aylarında ölkədə 240 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 214-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət yaradanlar var. Belələrinin sayı 26-dır. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
İran vətəndaşları bu dəfə Azərbaycanda 9 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə, Gürcüstan, Rusiya və Pakistan şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
|
Ölkələr |
Şirkətlərin sayı |
|
İran |
9 |
|
Türkiyə |
4 |
|
Gürcüstan |
3 |
|
Rusiya |
3 |
|
Pakistan |
3 |
|
Hindistan |
2 |
|
İraq |
1 |
|
Madaqaskar |
1 |













