Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, iyul-sentyabır aylarında ölkədə 232 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 209-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət yaradanlar var. Belələrinin sayı 23-dır. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
İran vətəndaşları bu dəfə Azərbaycanda 7 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə və Pakistan şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
|
Ölkələr |
Şirkətlərin sayı |
|
İran |
7 |
|
Türkiyə |
5 |
|
Pakistan |
2 |
|
Yəmən |
2 |
|
Belarusiya |
1 |
|
Ukrayna |
1 |
|
Misir |
1 |
|
Sinqapur |
1 |
|
Hindistan |
1 |
|
Xorvatiya |
1 |
|
Əlcəzair |
1 |













