Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, iyul-sentyabır aylarında ölkədə 233 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 211-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət yaradanlar var. Belələrinin sayı 22-dir. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır.
İran vətəndaşları bu dəfə Azərbaycanda 7 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə və Pakistan şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
| Ölkə | Şirkətlərin sayı |
| İran | 7 |
| Türkiyə | 6 |
| Pakistan | 5 |
| Ukrayna | 2 |
| Hindistan | 2 |













