Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli Markaları-Turkey 100" araşdırmasının 11-incisi tamamlanıb.
FED.az xəbər verir ki, siyahıda ilk yeri 2 milyard 42 milyon dollarlıq marka dəyərilə Türk Hava Yolları (THY) tutur. Bu şirkətin ardınca 1 milyard 907 milyon dollarlıq marka dəyəri ilə "Türk Telekom" gəlir.
Siyahıda üçüncü yeri 1,8 milyard dollarlıq marka dəyəri ilə "Turkcell", dördüncü yeri 1 milyard 649 milyon dollarlıq marka dəyərilə "Akbank", beşinci yeri isə 1 milyard 584 milyon dollarlıq dəyərlə "Garanti Bankası" tutub.
Azərbaycanda da törəmə bankı olan "Ziraat Bankası"nın marka dəyəri 9% artımla 1 milyard 432 milyon dollara çatıb və qurum 6-ncı sıradakı yerini qoruyub. "Ziraat Bankası"nın ardınca, 1 milyard 334 milyon dollar ilə "İş Bankası", 1 milyard 258 milyon dollar ilə "Arçelik", 937 milyon dollarla "Yapı Kredi", 878 milyon dollarla "Ford Otosan" gəlir.
Araşdırmaya görə, Türkiyənin ən dəyərli 100 markasının ümumi dəyəri 27,5 milyard dollardır.