7 noyabr 2024-cü il tarixində "Roza-Çörək" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın keçirilməsi Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 11 ünvanında yerləşən "AYTAC" şadlıq sarayında saat 15:00-a təyin edilib.
Gündəliyə aşağıdakı məsələlər daxildir:
1) Səhmdar cəmiyyətinin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibinin formalaşdırılması;
2) Səhmdar cəmiyyətin cari vəziyyətinin və gələcək fəaliyyətinin müzakirə edilməsi;
3) Hüquqi şəxsin yenidən təşkili;
4) Səhmlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirə edilməsi.