Koronavirus infeksiyası və onun yaratdığı problemlər səbəbindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan əksər beynəlxalq sərgilər təxirə salınıb.
Bu barədə FED.az-a ölkəmizdə beynəlxalq sərgilərin təşkilatçısı olan «İteca Caspian» şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, bu il yaz-ya mövsümü üçün nəzərdə tutuan sərgilər bütünlüklə gələn ilə keçirilib.
Ləğv edilən sərgilər arasında ölkəmizdə artıq 27 ildir ki, fasiləsiz keçirilən Beynəlxalq Neft-Qaz sərgi və konfransı – «Caspian Oil & Gas Exhibition» və «Caspian Oil & Gas Conference» da var. Bu tədbirlər müvafiq olara 2021-ci ilin 1-3 iyun və 2-3 iyun tarixlərinə keçirilib.
Şirkətdən FED.az-a bildirilib ki, yaz-yay mövsümü üzrə bütün sərgilər təxirə salınıb, bu il yalnız Kənd Təsərüfatı sərgisi noyabrda keçiriləcək.
Hörmətli iştirakçılar və qonaqlar!
Dünyada “COVID-19” virusunun yayılması ilə əlaqədar olaraq “Iteca Caspian” şirkəti bir sıra sərginin keçirilmə tarixinin dəyişdirildiyini diqqətinizə çatdırır:
“Caspian Oil & Gas” – 1-3 iyun 2021-ci il
“Caspian Power” - 1-3 iyun 2021-ci il
“Caspian Oil & Gas Conference” - 2-3 iyun 2021-ci il
Biz öz növbəmizdə bu çətin zamanda Sizə ən yüksək səviyyədə xidməti təmin etmək üçün işləməyə davam edirik.
İnanırıq ki, hətta çətin dövrlər inkişaf və yeni başlanğıclar üçün əlavə bir stimuldur, sərgi isə bunun üçün unikal bir məkandır.
Göstərdiyiniz anlayışa görə təşəkkür edir və həm Sizə, həm də ailənizə uğurlar və nailiyyətlər, ən əsası isə can sağlığı arzulayırıq!
Sərgilərdə görüşənədək!