Bu il muxtar respublikanın Şərur rayonunda 107 hektar sahədə üzüm bağları salınıb.
FED.az Azərtac-a istinadən xəbər verir ki, ötən ilin payızında rayonda 2 hektar sahəyə 40 min üzüm tingi əkilib. Becərilən tinglərdən bu ilin payızında yeni bağların salınması üçün istifadə ediləcək.
Suya tələbatı az olan üzüm tənəklərindən yaxşı becərmə nəticəsində götürülən bol məhsuldan əldə edilən qazanc bağların artırılmasına münbit şərait yaradır.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsinə və istehsalının artırılmasına, üzüm bağlarının salınmasına şərait yaradıb. Şərur üzümçüləri də bu sahənin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Azərbaycanda bu məhsuldan da qazanc götürəcəklər
21:58
31 Avq 2018