2021-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1.8 faiz artaraq 2021-ci il aprelin 1-i vəziyyətinə 158 163 olmuşdur.
Eləcə də bax: Özbəkistanda 130-a yaxın Azərbaycan kapitallı müəssisə - Fəaliyyət Göstərir
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2021-ci ilin yanvar-mart aylarında 2 833 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 105 vahid isə ləğv edilib.
Bu ilin 3 ayında 178 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 10-u isə ləğv edilib.
2021-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98.5 faizi xüsusi mülkiyyətli (ondan 6.3 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli), 1.5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.