Azərbaycanda bir sıra iri şirkətlər ləğv edilir.
Eləcə də bax: Azərbaycanda eyni şəxs oxşar adlarla - 2 Şirkət Yaradıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, "Azərşüşətara" MMC, "Azərtütün", "Bakı Ayaqqabı", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları" və "Azərpambıq" ASC ləğv olunur.
Kreditorlar iki ay ərzində öz tələblərini AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125 ünvanı üzrə irəli sürə bilər. (Trend)