Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Eləcə də bax: “Lactalis”in törəmə şirkətlərindən biri Azərbaycanda - QALIR
Nazir qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb.
Nazir Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarlarının da yararlana biləcəyini deyib.
Azərtac