Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması məqsədilə yeni təkliflər hazırlanır.
Samir Şərifov: "Vergi sahəsində sahibkarların təkliflərinin toplanılması prosesinə başlanılıb"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu baş nazirin müavini Samir Şərifov İqtisadiyyat Nazirliyində keçirilən «Vergi Sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar» tədbirində bildirib.
Samir Şərifov bildirir ki, bu məqsədlə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, institusional islahatların koordinasiyalı şəkildə həyaat keçirilməsi üçün «Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya» fəaliyyət göstərir: «Komissiya beynəlxalq reytinqləri formal məqsəd kimi deyil, real biznes mühitinin keyfiyyətinin yüksəldilməsi üçün alət kimi dəyərləndirir»-deyə o bildirib.
«Komissiya çərçivəsində «Biznesə daxil olma» və «Vergi və hesabatlılıq» işçi qrupları sahibkarlığa başlama prosedurlarının sadələşdirilməsi, inzibatçılığın və vergi mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən edilməsi üzərində işləyir»-deyə baş nazirin müavini bildirib.












