Xəbər verildiyi kimi, Dünya Bankı qrupu dünya ölkələrində biznes mühitini qiymətləndirən ənənəvi illik «Doing Business 2020» hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən, Azərbaycan yaradılan biznes mühitə görə dünyada 190 ölkə arasında 34-cü yeri tutub. Bu ötən illə müqayisədə 9 pillə aşağıdır.
Eləcə də bax: Azərbaycan biznesə yaradlan şəraitə görə - DÜNYADA 34-CÜDÜR - “DOİNG BUSİNESS”
“Doing Business 2020” hesabatına görə Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir. Başqa sözlə, hazırda biznes üçün əsas problemlər kiçik investorların hüquqlarının müdafiəsi, sərhəddə ticarət, elektrik təchizatı şəbəkələrinə qoşulma və tikinti icazələrinin alınmasındadır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a bildirilib ki, bəzi sahələrdə aparılan islahatlar budəfəki hesabatda əksini tapmayıb və gələn ilki hesabata təsir edəcək. Buna misal olaraq tikinti icazələrinin sadələşdirilməsini göstərmək olar.
Ümumi reytinqdə geriləməyə baxmayaraq əksər sahələrdə Azərbaycanın göstəriciləri əvvəlki illə müqayisədə yaxşılaşıb. Göstəricilərin necə dəyişdiyini aşağıdakı cədvəldən izləmək olar:
Göstəricilər |
Reytinq |
Ballar |
Ballarda dəyişmə |
Azərbaycanın yeri |
34 |
76.7 |
+3.1 |
Biznesə başlama |
9 |
96.2 |
+0.1 |
Tikinti icazələri |
59 |
73.4 |
+0.3 |
Elektrikə çıxış |
80 |
77.3 |
.. |
Əmlakın qeydiyyatı |
44 |
75.4 |
+3.2 |
Kreditə çıxış |
1 |
100 |
+20 |
Kiçik investorların hüquqlarının qorunması |
105 |
50.0 |
+4 |
Vergilərin ödənilməsi |
40 |
84.0 |
-0.6 |
Sərhədyanı ticarət |
83 |
77.0 |
.. |
Müqavilələrin icrası |
28 |
70.3 |
+4.6 |
Müflisləşmə proseduru |
47 |
63.5 |
-0.3 |
Topics |
DB 2020 Rank |
DB 2020 Score |
DB 2019 Score |
Change in Score (% points) |
Overall |
34 |
76.7 |
73.6 |
3.1 |
9 |
96.2 |
96.1 |
0.1 |
|
59 |
73.4 |
73.1 |
0.3 |
|
80 |
77.3 |
77.3 |
.. |
|
44 |
75.4 |
72.2 |
3.2 |
|
1 |
100 |
80.0 |
20 |
|
105 |
50.0 |
46.0 |
4 |
|
40 |
84.0 |
84.6 |
0.6 |
|
83 |
77.0 |
77.0 |
.. |
|
28 |
70.3 |
65.7 |
4.6 |
|
47 |
63.5 |
63.8 |
0.3 |