FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə məlumat verib.
“İlk KOB evinin 2019-cu ildə Bakıda açılması planlaşdırılır”, – O.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, KOB evlərində 35 dövlət strukturu təmsil olunacaq. Onların fəaliyyəti sahibkarlara yardım göstərilməsinə yönələcək
.