Azərbaycanda bir sıra xarici şirkətlərin nümayəndəliklərinin açılması planlaşdırılır.
"Azərbaycanlı mühəndislər “Baykar"ın dəstəyi ilə PUA-ların inkişafı üzrə çalışır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
Onun sözlərinə görə, artıq Françayzinq Assosiasiyasının üzvü olan Türkiyənin “Maksivak” şirkətinin nümayəndəliyinin açılması planlaşdırılır.
"Maksivak" sənaye avadanlıqları istehsalçısıdır. Bundan əlavə, biz Çinin avtomobil və motosiklet markalarını Azərbaycana cəlb etmək üçün çalışırıq. Bu layihə çərçivəsində biz distributorluğu öz üzərimizə götürürük."
C.Mövsümov bildirib ki, Türkiyənin “Akıncılar Taktik Tekstil” şirkəti ilə Azərbaycanda hərbi tekstil istehsalı üçün fabrik açmağı planlaşdırırıq.
"Bu günə kimi biz artıq müvafiq memorandum bağlamışıq və investorla danışıqlar aparırıq”, - deyə o bildirib. (Trend)