Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) iştirakı ilə azərbaycanda qadındara iqtisadi dəstək layihəsinə başlanılıb.
Eləcə də bax: Azərbaycan iş adamları dolların bahalaşmasını - ƏN BÖYÜK TƏHLÜKƏ SAYIRLAR
FED.az xəbər verir ki, AMFA “Naxçıvan Muxtar Respublikasında COVİD 19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına start verib.
Bu layihə Naxçıvan MR-da Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi COVİD–19 böhranı dövründə iqtisadi zərəri azaltmaq, gəlir mənbələrinin yaradılmasında və karonavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.
Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadını əhatə edəcək. Qadınlara COVID 19-la mübarizədə vacib tədbirlər haqqında biliklər, biznes bacarıqlar veriləcək, maliyyə resurslarına çıxış və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin
(DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1- ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.