Xidmət tərəfindən baxılması nəzərdə tutulan işlərə dair məlumatlar ictimailəşdirilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırmasını təmin etmək məqsədilə kompleks tədbirlərini davam etdirir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, bu gündən Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.
Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli
İstənilən şəxs keçid vasitəsilə ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumat əldə edə bilər.
Qeyd edək ki, cədvəldə təqdim olunan məlumatlar mütəmadi olaraq yenilənəcək.
2022-ci ilin fevral ayı ərzində baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlərin CƏDVƏLİ
Sıra №si |
Ərizə verən bazar subyektinin adı |
Haqqında iş qaldırılan bazar subyektinin adı |
Qanun pozuntusu əlamətləri (qanunvericilik) |
İşə baxılmanın təyin edildiyi vaxt (gün, ay, il və saat) |
İşə baxılma yeri |
İşə baxılmanın vəziyyəti |
1 |
“AvirTel” MMC; “Data Plus” MMC |
"Aztelekom" MMC |
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci abzasının, 7-ci maddəsinin üçüncü abzasının və 11-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri |
14.02.2022-ci il tarixində, saat 15:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 627) |
Qərar qəbul edilib https://bit.ly/3h38l43 |
2 |
Dövlət Xidmətinin öz təşəbbüsü |
“Azərsu” ASC |
“Təbii inhisarlar haqında” Azərbaycan Respublikası Qanunun10-cu maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri |
15.02.2022-ci il tarixində, saat 15:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 627) |
Qərar qəbul edilib https://bit.ly/3HaCh8S |
3 |
“VEYSƏLOĞLU” MMC |
“VƏLİOĞLU-2018” MMC |
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri |
18.02.2022-ci il tarixində, saat 15:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 1002) |
İşə baxılması davam edir |
4 |
“QOÇ ƏT” KFT MMC |
Fiziki şəxs Abbasov Fikrət |
Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9- cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri |
22.02.2022-ci il tarixində, saat 15:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 1002) |
İşə baxılması davam edir |
5 |
Fiziki şəxs Əhmədov Vüqar |
Fiziki şəxs Muradov Qaçay |
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9- cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri |
23.02.2022-ci il tarixində, saat 11:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 1002) |
İşə baxılması davam edir |
6 |
“Delivery Azerbaijan” MMC |
“Bolt Services AZ” MMC |
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri |
24.02.2022-ci il tarixində, saat 15:00-da |
AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 1002) |
İşə baxılması davam edir |
7 |
“Expressbank” ASC |
“Bank Olmayan Kredit Təşkilatı “İNTERNATİONAL” QSC |
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9- cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri |
28.02.2022-ci il tarixində, saat 15:00-da |