2010-2013-cü illərdə Masallı rayonunda, 10 manat nizamnamə kapitalı ilə yaradılmış və bir ailəyə məxsus olan 4 şirkət ləğv olunur.
FED.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat verilib.
Eləcə də bax:Azərbaycanda ən böyük holdinqlərin - RƏHBƏRLƏRİ KİMLƏRDİR? - SİYAHI
Söhbət “Kənan-M”, “A.İ.”, “Vüsal-K” və “Ayan-Q” MMC-lərdən gedir. Şirkətlərin hamısı Masallı şəhəri, Qarabağ küçəsi, ev, mənzil 8 ünvanında dövlət qeydiyyatına alınıb. Ləğvetmə ilə əlaqədar kreditorların bu ünvana müraciət etməsi üçün 2 ay vaxtı var.