“Suraxanı Bazar” ASC (VÖEN: 1900016211) 2025-ci il üçün dividendlərin ödənilməsini həyata keçirəcək.
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu məqsədlə səhmdarlar adlarını, soyadlarını və atalarının adlarını qeyd etməklə bank rekvizitlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd edək ki, “Suraxanı Bazar” ASC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 min 848 manat, qanuni təmsilçisi Əsgərov Rəşid Fərhad oğludur. Şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Malik Mustafayev ev.7 ünvanında yerləşir.















