FED.az maliyyə böhranından əvvəl – 2014-cü il və maliyyə böhranından sonra - 2019-cu ilin əvvəli üzrə bankların səhmdar tərkiblərini oxucularına təqdim edir.
Cədvələ nəzər salsaq, Azərbaycanda fəaliyyət göstərən bankların arasında səs-küysüz səhm satışı ilk olaraq “VTB-Azərbaycan”ASC-də qeydə alındı. “AtaHoldinq” bu bankdakı payını sataraq həm borclarını bağladı, həm də səhmdar dividendini götürdü. Nəticədə “VTB-Azərbaycan” sırf Rusiya kapitallı banka çevrildi.
Eləcə də bax: Azərbaycanda kartla ödəniş edənlər dövlətdən - 30 MİN MANAT QAZANDI - ADLAR, SİYAHI
Bundan başqa, sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan “AtaHoldinq” ilə bağlı planları dəyişdi. “Atabank”ın Fazil Məmmədovda qalması qərara alındı və ona görə də keçmiş nazirə məxsus “Synercy Qrup” “AtaHoldinq”in yerinə bankın əsas səmdarı oldu.
“Gilan Holdinq”in bankı kimi tanınan “AFB Bank”ın yeni səhmdarı Hikmət İsmayılovun holdinqin bütün səhmlərinə sahib çıxması isə bank sektorunda yalnız “əldəyişməsi” kimi qəbul edilir.
Dövlət bankları arasında səhmdar dəyişməsi Azər-Türk Bankda qeydə alınıb. “Turan Bank” və “Aqrar Kredit” bank olmayan kredit təşkilatı bu bankdakı 50% səhmini yeni səhmdarlara - Əmlak Məsələləri Dövlət Komitəsi, AZRE Təkrarsığorta Şirkəti, “Qala Həyat” Sığorta Şirkətinə ötürüb.
Eləcə də bax: "Heç bir bank məcburi şəkildə vətəndaşa dollarla kredit verə bilməz"
“Bank Avrasiya”nın səhmdarları arasında “Tayning Global İnk” səhmlərini “PMD Group”a verib.
“Bank of Baku”nun səhmdarları arasından isə Rafiq Əliyevin yerinə payçı kimi Hikmət İsmayılov tanınıb. Qeyd edək ki, bu şəxs həm də AFB-nin tam səhm paketinə sahibdir. Bu isə bir daha AFB-nin səhmlərinin yalnız “əldəyişməsi” olduğunu göstərir.
“Expressbank”ın yeni səhmdarlarının arasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti diqqəti çəkir. Bu bankdakı digər dəyişikliklər cədvəldə öz əksini tapıb.
Eləcə də bax: Banklara limit qoymaqdansa, onlar arasında ayrı-seçkilik ləğv olunmalıdır - EKSPERT
№ |
Bankın adı |
Səhmdarlar, 01.03.2019 |
Səhmdarlar, 04.06.2014 |
1 |
AccessBank |
19.90% - Asiya İnkişaf Bankı;
|
20,00% - Qara Dəniz Ticarət və İnkişaf Bankı
|
2 |
AFB Bank |
99,6406% - Hikmət İsmayılov
|
99,5% - Gilan MMC
|
3 |
AG Bank |
Çingiz Əsədullayev
|
Çingiz Əsədullayev
|
4 |
Amrah bank |
53,16% - Yunis İldırımzadə
|
51% - Fiziki şəxslər (İldırımzadələr)
|
5 |
AtaBank |
86,00% - Synergy Group
|
24% - Fiziki şəxslər
|
6 |
Azərbaycan Beynəlxalq Bankı |
91,40% - Maliyyə Nazirliyi
|
91,40% - Maliyyə Nazirliyi
|
7 |
Azərbaycan Sənaye Bankı |
98,4252% - Anadolu Investment Company
|
94% - Anadolu Investment Company
|
8 |
Azər-Türk Bank |
75,00% Əmlak Məsələləri Dövlət Komitəsi
|
4% Turan Bank
|
9 |
Bank Avrasiya |
37,50% - Euro Standard Şirkəti
|
25,00% - Azbizneskom Şirkəti
|
10 |
Bank BTB |
74,99% - Nigar Mehdiyeva
|
74,99% - Nigar Mehdiyeva
|
11 |
Bank of Baku |
35,00% - NAB Holding (Türkiyə)
|
10% - Azinvest MMC
|
12 |
Bank Respublika |
49,4044% - Natiq Quliyev
|
8% - Sparkassen İnternational Development Trust Şirkəti (Almaniya)
|
13 |
Bank VTB Azərbaycan |
99,999995% - BankVTB (Rusiya)
|
0,000005% - Adıgözəl Ağayev
|
14 |
Expressbank |
40,00% - Azenco Group
|
17,69% - Enerqoservis Şirkəti
|
15 |
Günay Bank |
50,81% - Mahmud Məmmədov
|
50,81% - Mahmud Məmmədov
|
16 |
Kapital bank |
99,86% - PAŞA Holding
|
100% - PAŞA Holding |
17 |
Muğan Bank |
63,50% - Elmir Mehdiyev
|
11,35% - Fəridə Mehdiyeva
|
18 |
Naxçıvan Bank |
100%- 4 Fiziki şəxs |
100%-3 fiziki şəxs |
19 |
NBC Bank |
65,91% - Nuru Əliyev
|
14% hüquqi şəxslər
|
20 |
Nikoil Bank |
95,68% - Topaz İnvestmenst Şirkəti
|
56% - Topaz İnvestmenst Şirkəti
|
21 |
Xalq Bank |
50,00% - İdeal Business CO. Şirkəti
|
16% - Avanqard-1 MMC
|
22 |
İran Milli Bankı Bakı filialı |
100,00% - İran Milli Bankı (Bank Melli İran) |
100,00% - İran Milli Bankı (Bank Melli İran) |
23 |
Pakistan Milli Bankı Bakı filialı |
100% - Pakistan Milli Bankı
|
100% - Pakistan Milli Bankı
|
24 |
PAŞA Bank |
60,00% - PAŞA Holdinq
|
10,00% - Arif Paşayev
|
25 |
Premium Bank |
84,5% - Zərifə Həmzəyeva
|
16% fizki şəxslər
|
26 |
Turan Bank |
71,60% - 21 Fiziki şəxs
|
71,60% - 21 Fiziki şəxs
|
27 |
Rabitəbank |
32,53% - Seyran Nuriyev
|
38% - Zakir Nuriyev
|
28 |
Unibank |
44,5% - Avropa Yenidənqurma və İnkişaf Bankı
|
8% - Almaniya İnvestisiya şirkəti
|
29 |
YapıKredi Bank Azərbaycan |
99,98% - YapıKrediBank (Türkiyə)
|
|
30 |
Ziraat Bank Azərbaycan |
99,98% - Ziraat Bank (Türkiyə)
|
|
Eləcə də bax: Azərbaycan bankları 1 saniyədə 9 manat mənfəət əldə edir - SİYAHI
©Businessinsider.az