Vergilər Nazirliyi aprelin 26-da "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" MMC-ni qeydiyyatdan keçirib. FED.az xəbər verir ki, müəssisə müsabiqə yolu ilə investorlara təklif olunacaq.
SC-nin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hovzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeliyində olan eyni adlı müəssisənin MMC-yə çevrilməsi barədə qərar bu ilin fevral ayında Dövlət Əmlak Komitəsi tərəfindən qəbul edilib.
Eləcə də bax: “PAŞA Holdinq”in törəmə şirkətinə direktor təyin edilib