“Apiaz” MMC Azərbaycanda arıçılıq məhsulları bazasında kosmetik vasitələr və bioəlavələrin istehsalını təşkil etməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycanda yeni bal BRENDi yaradılır - "9 İQLİM"
FED.az xəbər verir ki, "Apiaz” Xaçmaz rayonunda arıçılıq və fitoməsullar bazasında kosmetik vasitələr və bioəlavələrin istehsalının təşkili layihısi üzrə ilkin biznes plan hazırlayıb. Şirkət layihənin dəyərinin 75%-ni ödəyəcək investor cəlb etməyi ümid edir. Qalan məbləğin 25%-ni “Apiaz” özü yatırmağa hazırdır”, - hökumətdən qeyd edilib.
Layihə $3 milyon həcmində qiymətləndirilir.
“Apiaz” layihəni 2 ilə reallaşdırmağı ümid edir. Xərclərin çıxarılması müdəti 5 il müəyyən olunub.
“Apiaz” MMC 2015-ci ildən etibarən 4 növ təbii bal və “Ballı” brendi ilə müxtəlif arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olur.
İnterfaks