Xəbər veridiyi kimi, Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarında ölkədə inflyasiya səviyyəsini açıqlayıb.
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Eləcə də bax: Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
Komitənin məlumatına görə, sentyabr ayında bahalaşan və ucuzlaşan məhsullar aşağıdakılardır:
Düyünün,
unun,
manna və qarabaşaq yarmasının,
makaron məmulatlarının,
mal, qoyun və toyuq ətinin,
təzə balığın,
pasterizə olunmamış üzlü südün,
qatılaşdırılmış şəkərli südün,
brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin,
kəsmiyin,
yumurtanın,
süfrə marqarininin,
portağalın,
bananın,
qozun,
fındığın,
şabalıdın,
xiyarın,
pomidorun,
bibərin,
badımcanın,
göy lobyanın,
yerkökünün,
sarımsağın,
kartofun,
şəkərin,
qəhvənin,
kakao tozunun,
dondurmanın,
kola içkisinin,
limonadın,
pivənin qiymətlərində BAHALAŞMA OLUB.
Suda bişmiş kolbasanın,
yoqurtun,
xamanın,
kərə,
zeytun və qarğıdalı yağlarının,
limonun,
naringinin,
almanın,
armudun,
narın,
üzümün,
kivinin,
kələmin,
balqabağın,
çuğundurun,
soğanın,
quru noxudun,
mərcinin,
şəkər tozunun,
arağın və energetik içkilərin qiymətlərində UCUZLAŞMA MÜŞAHIDƏ OLUNMUŞDUR.
Qeyri ərzaq məhsullarına gəlincə:
Mebel və ev əşyalarının,
velosipedlərin,
televizorların,
kondisionerlərin,
boyaların,
kərpicin,
parketin,
kəsilmiş taxtanın qiymətlərində BAHALAŞMA BAŞ VERİB.
Eyni zamanda
divar kağızlarının,
sementin,
soyuducuların,
toz şəklində sintetik yuyusu vasitələrin,
mobil telefonların,
planşet tipli kompüterlərin qiymətlərində isə UCUZLAŞMA MÜŞAHIDƏ EDİLİB.