“FACADE” MMC şirkəti Abşeron rayonunda şüşə məmulatları istehsalı sahəsini genişləndirir.
FED.az xəbər verir ki, şirkətin yeni layihəsi ildə 31 min ədəd avtomobilin qabaq və yan şüşələri, 49 min kv.m. şüşə paketlər və güzgülər istehsalını nəzərdə tutur. Ümumi dəyəri 2 milyon manat manat olan layihənin 0.9 milyon manatlıq hissəsi Sahibkarlğın İnkişafı Fonudunun güzəştli krediti hesabına maliyyələşdirilir.
Layihə üzrə 23 iş yerinin açılması nəzərdə tutulur.
“FACADE” MMC 11.08.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Çingiz Sadıqovdur.