2017-ci ildə Azərbaycanda 9 xalça emalatxanası fəaliyyətə başlayacaq. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazilriyindən məlumat verilib.
"Azərxalça" ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində bir xalça emalatxanası fəaliyyətə başlayıb. Daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq”, - deyə nazirlikdən qeyd edilib.
Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq.
Həmçinin vurğulanıb ki, xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixcracı məqsədilə artıq araşdırmalara başlanılıb.