İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda 87 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan İtaliyaya kənd təsərrüfatı məhsulları, xüsusilə də fındıq, meyvə-tərəvəz ixrac edə bilər. İş adamları arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə geniştərkibli görüş keçirilə bilər. Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında İtaliya ilə birgə müəssisələr yaradıla bilər.