Hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumunda deyib.
Eləcə də bax: Rusiya sahibkarlarının Azərbaycana səfərləri - BAŞLAYIB
Nazir müavini qeyd edib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 faiz artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.
Azərtac