Dövlət Vergi Xidməti (DVX) 650,08 min manat nizamnamə kapitalı ilə “Rastfarm” MMC-ni qeydiyyata alıb.
Türk vətəndaşı Azərbaycanda metal şirkəti yaratdı
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkət 19 oktyabr 2022-ci ildə qeydiyyatdan keçib.
Rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Kırac Adəmdir.
Bundan əlavə, DVX tərəfindən $276,1 min məbləğində nizamnamə kapitalı ilə “Emil” MMC qeydiyyata alınıb. Rəsmi nümayəndəsi Əminəxatun İsmayılovadır. Cəmiyyət 18 oktyabr 2022-ci ildə qeydiyyatdan keçib.
DVX 11 oktyabr 2022-ci ildə $200 min məbləğində niuzamnamə kapitalı ilə «Global-Az Market» MMC-ni qeydiyyata alıb. Cəmiyyətin rəsmi nümayəndəsi Rusiya vətənsaşı Mixail Xaustovdur. (İnterfaks)