Azərbaycanın rabitə sektorunda ciddi təşkilati dəyişiklik baş verib.
FED.az xəbər verir ki, rabitə sahəsində fəaliyyət göstərən 6 qurum ləğv edilərək "Aztelekom" MMC-yə birləşdiriləcək.
Buraya “Bakı Telefon Rabitəsi” MMC, “Az-Evro Tel” MMC, "Aztelekom" İB-nin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC, və Sumqayıt Telekommunikasiya Qovşağı aiddir.
Bütün bu təşkilatlar ləğv edilərək "Aztelekom" MMC-yə birləşdiriləcək.
Bu barədə yayılan elanda bildirilir:
Adını dəyişərək "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 9900038501)
“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900044741),
“Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900059321),
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası (VÖEN: 9900042471),
Gəncə Telekommunikasiya İdarəsi (VÖEN: 2300216771),
“Azərrabitəlayihə” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900046991)
və Sumqayıt Telekommunikasiya Qovşağının (VÖEN: 9900063981) ləğv edilərək ona qoşulması nəticəsində yenidən təşkil olunması barədə qərar qəbul edilmişdir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 ünvanına bildirə bilərlər.