Bu ilin dekabrın 1-ə olan məlumata görə, Azərbaycanda 5 678 Türkiyə investisiyalı şirkət qeydə alınıb.
100-dən artıq türk şirkəti Qarabağa - İNVESTİSİYA YATIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusunda konfransda deyib.
M.Musayev bildirib ki, Türkiyə kapitallı şirkətlərdən 4 019-u aktiv fəaliyyət göstərir. Bunlar əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında çalışırlar.
Ümumilikdə indiyədək Türkiyədən Azərbaycana birbaşa investisiyaların həcmi 15,2 milyard dollar olub. Bunun 70%-i, yəni 11,7 milyard dolları neft-qaz sektoruna, 3,5 milyard dollar isə qeyri-neft sektoruna yatırılıb.