Vergilər Nazirliyi ölkədə yeni yaradılan şirkətlərin sayını və qeydiyyatı proseduru ilə bağlı məlumatları açıqlayıb. FED.az xəbər verir ki, 2019-cu ilin ötən 6 ayında 7 111 hüquqi şəxs yaradılıb. Onların əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.
Aparılan təhlillər göstərir ki, buna təsir edən səbəblərdən biri 2019-cu ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir. Elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanın yaradılması nəticəsində bu xidmətdən istifadə edənlərin sayı yüksək sürətlə artmaqdadır. 2019-cu ilin 6 ayında qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb, e-qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7 %-ə yüksəlib.