Azərbaycanda 500-1000 nəfər potensial investor öz pullarını idarəetməyə verməyə hazırdır.
Bu barədə FED.az-a Azərbaycanda vəsaitlərin idarə edilməsi ilə məşğul olan şirkətdən bildirilib.
Şirkətdə qeyd ediblər ki, bu investorların idarəetməyə verəcəkləri ümumi məbləğ 1 milyard dollardan artıqdır: «Ölkədə və xaricdə uyğun, gəlirli layihələr olarsa bu investorlar qiymətli kağızlar və başqa alətlər vasitəsilə vəsaitlərini yatırmağa hazırdırlar». Digər ekspert isə FED.az-a bildirib ki, idarəetmə ilə məşğul olan şrkətlər bu investorara bir qayda olaraq ildə 5% ətrafında vəsait qazandırırlar: «Gəlirin nə qədər olacağı ilə bağlı dəqiq hədd müqavilədə göstərilə bilməz, amma gəlirlilik təqribən bu həddədir».
Azərbaycanda 500 nəfərin 1 milyard dolları var
16:41
30 Mart 2018