Dövlət Vergi Xidməti “NB Satınalma və Ticarət” MMC-ni qeydiyyata alıb.
Eləcə də bax: Azərbaycanda 100 min manatlıq şirkət - YARADILDI
FED.az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.
Məlumata əsasən, şirkətin nizamnamə kapitalı 100 min manata bərabərdir, 1 mart 2022-ci il tarixində qeydiyyatdan keçib. Rəsmi nümayəndəsi Novruz Bayroyevdir.
Bundan əlavə, DVX tərəfidnən 50 min avro nizamnamə kapitalı ilə «Volt Services Azerbaycan» MMC qeydiyyata alınıb. Rəsmi nümayəndəsi Gürcüstan vətəndaşı Serqo Marqaniyadır. Cəmiyyət həmçinin 1 mart 2022-ci ildə qeydiyyatdan keçib.
15 mart 2022-ci il tarixində DVX 10 min manat nizamnamə kapitalı ilə «Business Management Company» MMC-ni qeydiyyatdan keçirib. Rəsmi nümayəndəsi Seyid Eminovdur.
Daha bir şirkət, «F.S. Mackenzie» 30 mart 2022-ci il tarixində DVX-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı - $20 mindir. Rəsmi nümayəndəsi Hüseyn Ramazanovdur. (İnterfaks-Azərbaycan)