400-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər yeni iş yerlərinin yaranmasına təkan verir.
Azərbaycanda 60 İsveçrə şirkəti var
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransına deyib.
O əlavə edib ki Aİ Azərbaycanda 13 min sayda kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verib və nəticədə bu subyektlər daha çox gəlir əldə edib və yeni iş yerləri yaranıb.
"Bu subyektlər 63 milyon avro gəlir əldə edib və 2000-dək yeni iş yerləri yaranıb", səfir əlavə edib. (Apa)