“Azərlotereya” ASC yeni lotereyalarını satışa buraxıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Belə ki, şirkət “Pul Yağışı” ani lotereyasını satışa buraxıb. Uduşun məbləği isə 40 000 000 (40 milyon) manatdır.
Qeyd edək ki, “40 000 000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar şəbəkəsində əldə etmək olar.