"Satus" MMC (VÖEN: 2007224541) sərmayəsini azaldır.
FED.az xəbər verir ki, "Satus" MMC-nin yeganə təsisçisi tərəfindən 15.12.2023-cü il tarixli 09/11 saylı nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilib.
Hələlik nizamnamə kapitalının hansı məbləğdə azaldılması barədə məlumat açıqlanmayıb.
Kreditorlar 1 (bir) ay ərzində cəmiyyətə qarşı olan tələblərini Bakı şəhəri, Xətai rayonu, 1143-1156-cı məhəllə, Fəzail Bayramov küçəsi 33 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, hazırda 3 715 675 dollar nizamanmə kapitalına malik olan "Satus" MMC 28.01.2022-ci ildə dövlət qeydiyyatına alınıb.Şirkətin qanuni təmsilçisi Rahilə Mahmudova Sədi qızıdır.