FED.az-ın məlumatına görə, Bakının bircə Xətai rayonunda 400-ən çox salon var. İkinci yeri Nəsimi rayonu tutur, burda qadınlara 300-dən çox salon xidmət göstərir. Salon “qıtlığından” “əziyyət çəkənlər” yalnız Sabunçu rayonunun qadınlarıdır, orda da gözəllik salonlarının sayı 100-dən çoxdur.
Gözəllik salonu demiş, qadınların özünə sığal çəkdiyi məkanların çoxu elə belə də adlanırmış. Aşağıdakı dairələrə tıklasanız, Bakının bütün rayonlarında salon adlarını əks etdirən dairələrdən ən böyüklərinin “gözəllik salonu”, ya da “gözəllik” sözünə işarə etdiyini görərsiniz.
ELƏCƏ DƏ BAX: Azərbaycanın ən məşhur şirkətləri – AÇIQLANDI - SİYAHI
Qalan qadın salonları əsasən qadın adlarını daşıyır. Bir də “studiya”, “art”, “şarm” kimi sözlərdən yararlananlar xeylidir.
Sumqayıtda gözəllik salonlarının sayı Gəncədən çox olması da maraqlı faktdır. Sumqayıt qadınları gözəllik üçün daha çox Üzeyir hacıbəyli və Koroğlu küçəsindəki gözəllik salonlarına üz tuturlar.
Araşdırma göstərir ki, epilyasiya aparatlarına sahiblənən salonların sayı da sürətlə artır.
İndi Bakıda təxminən hər 12 salondan biri epilyasiya xidməti göstərir.
Maraqlı fakt ondan ibarətdir ki, Azərbaycanda hər 1000 qadına düşən gözəllik salonlarının sayı ABŞ-dakından çoxdur.
eslinde.com