Azərbaycanda “Mühasibat haqqında” qanuna dəyişikliklər edildi.
FEd.az xəbər verir ki, Mühasiblər və Risk Peşəkarları Assosiasıyasının icraçı direktoru Əli Bayramov Real-a müsahibəsində qanuna edilən dəyişikliklərin bu sahəyə ciddi yeniliklər gətirəcəyini bildirib.
Eləcə də bax: Direktorun fırıldağına görə mühasibi tutmayacaqlar – YENİLİK
Dəyişikliyə görə mühasib yalnız gördüyü işə görə məsuliyyət daşıyacaq.
Şirkət rəhbərinin qeyri-qanuni hərəkəti nəticəsində şirkətlə bağlı məhkəmə prosesi baş verərsə, mühasibin əməlləri araşdırılacaq.
Əgər onun işində cinayət əməli yoxdursa o, məsuliyyətə cəlb olunmayacaq. Yalnız şirkətin direktoru ilə bağlı cinayət işi açılacaq.
Əli Bayramov qanuna edilən dəyişikliklərdəki bir sıra mühüm məqamlara da toxunub. Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.
Real.tv