Azərbaycanda 3 əczaçılıq şirkəti birləşib.
FED.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, "Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək "Azəri Med" MMC-yə qoşulublar.
""Azəri Med" MMC, "Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir",- elanda deyilir.
Eləcə də bax: Azərbaycanın məşhur şirkətində dəyişiklik
"Azəri Med" şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.
"Shafran" MMC isə "Zəfəran" apteklər şəbəkəsinin sahibidir.
"Avestafarm" MMC dərman pərakəndə satışı ilə (apteklər və əczaçılıq) məşğuldur.