26 mart 2024-cü ildə, saat 11.00-da “Gəncə Ərzaqnəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi 19 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması.
4. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
5. Cəmiyyətin idarə heyətinin və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə
xitam verilməsi.
6. Digər məsələlər.