Türkiyənin "Aselsan Bakü" şirkəti təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Xatırladaq ki, bu şirkət 11 fevral 1998-ci ildə yaradılıb. Şirkət 8 milyon 232 min 212 dollar nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Özgür Kurumdur.
Hüquqi ünvanı Bakı Şəhəri Yasamal Rayonu, Hüseyn Cavid Pr., Ev 8c, Məhəllə 520 ünvanıdır.